Azərbaycan çempionunu ÇL-də gözləyən rəqiblər

6 May 2021 21:20 Çempionlar Liqası 4 216
Azərbaycan çempionunu ÇL-də gözləyən rəqiblər

Avropa Liqalarında mövsüm sona yaxınlaşdıqca qitəmiqyaslı yarışların iştirakçıları da müəyyənləşir.

Sportal.az xəbər verir ki, artıq bəzi ölkələrin çempionları, Çempionlar Liqası təmsilçiləri məlumdur.

Növbəti mövsüm bu turnirin I təsnifat mərhələsində yarışacaq 19 klubun adı dəqiqləşib. Bu komandalar həm də bu raunddan mübarizəyə başlayacaq Azərbaycan çempionunun potensial rəqibləridi.

19 klubun 7-si səpələnmişlər, 4-ü səpələnməmişlər səbətində yer alıbsa, 8-nin mövqeyi qeyri-müəyyəndi. Azərbaycanda çempionun adı məlum olmadığından gələcək ÇL təmsilçimiz də hələlik sonuncuların sırasındadır.

Əgər “Qarabağ” vəsiqə qazansa, bu mərhələdə ən yüksək reytinqlilərdən olacağı üçün səpələnmişlər sırasında yer alacağı dəqiqdi. “Neftçi” isə aşağı reytinqlidi və çempion olacağı təqdirdə səpələnməmişlər sırasında qərarlaşacaq.

Çemponlar Liqası (2021/22)
I təsnifat mərhələsi

Səpələnmişlər:
“Olimpiakos” (Yunanıstan), "Srvena Zvezda" (Serbiya), "Ludoqorets" (Bolqarıstan), “Malmö” (İsveç), "Legiya" (Polşa), “Ferensvaroş” (Macarıstan), "Şkendiya" (Şimali Makedoniya)
Səpələnməmişlər: "Şemrok Rovers" (İrlandiya), "Valyur" (İslandiya), “Bude Qlimt” (Norveç), “Hamrun Spartans” (Malta)

Qeyri-müəyyənlər: “Dinamo” (Tbilisi, Gürcüstan), “Jalgiris” (Litva), “Flora” (Estoniya”), “Buduçnost” (Monteneqro), “Kayrat” (Qazaxıstan), “Helsinki” (Finlandiya), “Riqa” (Latviya), “Şaxtyor” (Saliqorsk, Belarus), Azərbaycan çempionu (3,375 – 21.000).

Digər Xəbərlər
Xəbər Lenti