Millimiz yarımfinalda

12 İyul 2024 08:10 Basketbol 583
Millimiz yarımfinalda

Abaniyanın paytaxtı Tirana şəhərində 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunda millimizin sonuncu qrup oyunu baş tutub.

Sportinfo.az xəbər verir ki, U-16 millimizin budəfəki rəqibi Malta seçməsi olub.

Oyunun əvvələrindən üstünlüyü ələ keçirmiş millimiz Malta yığması üzərində 56-50 hesablı qələbə qazanıb.

Bu qələbədən sonra yığmamız qrupda ikinci pillənin sahibi olaraq, adını yarımfinala yazdırıb. Oyunun ən məhsuldar basketbolçusu millimizin üzvü İsmayıl Abdullayev (19 xal, 8 ribaund) seçilib.

Qeyd edək ki, yarımfinal görüşləri 13 iyul tarixində keçiriləcək

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi