COP29

AFFA bu komandanı Azərbaycan çempionatından kənarlaşdırdı

22 Fevral 01:10 Azərbaycan Futbolu 6 181
AFFA bu komandanı Azərbaycan çempionatından kənarlaşdırdı

AFFA U-14 Liqasında çıxış edən “Viktoriya Zaqatala” komandası turnirdən kənarlaşdırılıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb komandanın “Qafqaz Arena” ilə oyunda meydana çıxmamasıdır.

“Viktoriya Zaqatala” mövsümdə üçüncü dəfə texniki məğlubiyyətlə üzləşdiyi üçün AFFA İntizam Komitəsi tərəfindən Azərbaycan çempionatından uzaqlaşdırılıb.

Komitə aşağı yaş qrupu üzrə liqalarda çıxış edən 3 komandaya isə texniki məğlubiyyət verib.

Region Liqasında baş tutan “Lokomotiv Baku” - İCBFA oyununda birincilərin heyətində meydana Əli Nəzərovun əvəzinə protokolda adı qeyd edilməyən başqa oyunçu çıxıb.

AFFA U-11 Liqasında keçirilməli olan “Şəmkir” FK – UGİŞM (Tovuz) görüşü ikincilərin təyin edilən vaxtda meydanda olmaması səbəbindən baş tutmayıb.

AFFA U-17 Qızlar Liqasında mübarizə aparan “Sumqayıt”ın isə “Sabah”la qarşılaşmada heyətində yetərsay olmayıb.

Bütün bunlar “Lokomotiv Baku”, UGİŞM (Tovuz) və “Sumqayıt”ın 0:3 hesablı texniki məğlubiyyət almalarına səbəb olub.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"