"Heç kimi ora məcbur götürmürlər, öz istəyimlə ayrıldım"

18 Fevral 2020 00:10 I Divizion 1 072
"Heç kimi ora məcbur götürmürlər, öz istəyimlə ayrıldım"

"Həmkarlar İttifaqına könüllü qoşulmuşdum, könüllü də ayrıldım".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "report"a açıqlamasında "Turan Tovuz"un sabiq baş məşqçisi Əfqan Talıbov Nazim Süleymanovun sədri olduğu Həmkarlar İttifaqından ayrılması haqqında danışarkən deyib.

Talıbov bu yaxınlarda "Turan Tovuz"un Müşahidə Şurasına üzvü təyin olunub. Təcrübəli mütəxəssis təşkilatdan gedişinin səbəbləri haqqında danışmaq istəmədiyini bildirib.

O sadəcə futbol sahəsində çalışmaq istədiyi üçün bu addımı atdığını vurğulayıb: "Mən mətbuata bu barədə heç nə danışası deyiləm. Həmkarlar İttifaqına heç kimi məcbur götürmürlər.

Onun özü də könüllü qurumdur. Mən ora öz istəyimlə üzv olmuşdum. Şəxsi istəyimlə də təşkilatla yollarımı ayırdım. Çünki futbolda işləmək istəyirəm".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”