Azərbaycanın qadın millisi yarımfinala vəsiqə qazandı

13 Avqust 2022 00:10 Voleybol 494
Azərbaycanın qadın millisi yarımfinala vəsiqə qazandı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında növbəti qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, Eldar Yusubovun rəhbərlik etdiyi yığma B qrupundakı son matçında Kameruna 3:1 hesabla qalib gələrək yarımfinala yüksəlib.

Azərbaycan millisi qrupda 8 xal toplayaraq lider olub. Millinin yarımfinaldakı rəqibi A qrupunun ikincisi (meydan sahibi Türkiyə və ya İran) olacaq. Yarımfinallar avqustun 14-də keçiriləcək.

Azərbaycanın qadın voleybol yığması daha əvvəl Seneqal və Əfqanıstana 3:0 hesabı ilə qalib gəlmişdi.

Xəbər Lenti