"Komanda gücləndirilməli, yeni transferlər olunmalıdır" – PREZİDENT AÇIQLADI

13 Noyabr 2023 14:40 Türkiyə 1 903
"Komanda gücləndirilməli, yeni transferlər olunmalıdır" – PREZİDENT AÇIQLADI

«Əgər biz nəticə qazanmaq, daimi klub kimi fəaliyyət göstərmək istəyiriksə, əsas məqsədimiz səhvlərimizi analiz etmək, nəticə çıxarmaq və ona düzəlişlər vermək olmalıdır».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Difai»nin prezidenti Asəf Məlikov deyib.

I Liqada dnbüt mövsümünü keçirən «fədailər»in rəhbəri komandanın cari durumu haqda fikirlərini və planlarını dilə gətirib:

«Cari çempionat ağır keçir. Burada ilk dəfə iştirak edirik və əksər futbolçularımız təcrübəsizdir.

Ermənilərə qarşı müharibədə iştirak etmiş qazilərimiz var. Həmçinin həvəskar statuslu gənclərə üstünlük vermişik.

Hər oyun bizim üçün çox önəmlidir. Komandamız mübarizə aparır. Lakin əfsuslar olsun ki, hələ qələbə qazana bilməmişik.

İrəli baxmalıyıq. Əlbəttə ki, yaranmş vəziyyətin obyektiv və subyektiv səbəbləri var.

Bu gün onları sadalayıb, nəticəyə haqq qazandırmaq istəmirik. Hər kəs öz işinə, cavabdeh olduğu sahəyə görə məsuliyyət daşımalıdır.

Komanda gücləndirilməli, yeni transferlər olunmalıdır. Bu istiqamətdə işlər görülür.

Zədəli oyunçularımızın tez bir zamanda komandaya qoşulması üçün tərəfdaşımız olan «Baku City Hospital»ın həkimləri əllərindən gələni əsirgəmirlər.

Fürsətdən istifadə edib, başda Vətən müharibəsi iştirakçısı Bayram Qorçiyev olmaqla, hospitalın bütün kollektivini təbrik etmək istəyirəm. Zəfər bayramımızda onların zəhməti danılmazdır.

Şadıq ki, Bayram Qorçiyevin oğlu Cavidan Qorçiyev bizim klubda çalışır. Onun vitse-prezident kimi burada olması sevindirici haldır.

Düşünürəm ki, əl-ələ verib, komandadakı çatışmazlıqları tezliklə aradan qaldıracağıq və bu, özünü nəticədə göstərəcək. Açığı, klubun həyatında yeni mərhələ başlayıb.

Görəcəyimiz işlər çoxdur. Problemlərimizin həllinə dövlət qurumları da səy göstərir.

Bu işlərdə bizə köməklik göstərən bütün rəsmi qurumlara, şəxslərə öz minnətdarlığımızı bildiririk.

«Difai» tarixi addır, Azərbaycanın qan yaddaşıdır.

«Difai» adının həmişə yüksək yerlərdən gəlməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik».

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu