Türkiyədə lirə dəyərdən düşdü, Namiqin “Bursaspor”da qazancı artdı

24 Noyabr 2021 20:20 Türkiyə 1 222
Türkiyədə lirə dəyərdən düşdü,   Namiqin “Bursaspor”da qazancı artdı

Türkiyədə lirənin dəyərdən düşməsi komandaların büdcələrinə də təsirsiz ötüşməyib.

Sportinfo.az-ın yerli mətbuata istinadən məlumatına görə, TFF I Liqa təmsilçilərindən ən çox ziyana düşən klub “Bursaspor”dur.

Məsələ burasındadır ki, avqustda 1 avronun qarşılığı 10 lirə idisə, indi bu, 14 lirədən çoxdur.

Bursa klubunun heyətində 8 əcnəbi futbolçunun maaşı avro ilə aldığını nəzərə alsaq, onların məvacibləri avtomatik olaraq təxminən 40 faiz artıb.

Həmin oyunçular arasında Azərbaycan millisinin hücumçusu Namiq Ələskərov da var.

“Bursaspor” 12 turdan sonra 14 xalla çempionatda 11-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti