“Sumqayıt”ın "Futbol Düşərgəsi"ndən YENİ FOTOREPORTAJ

23 Noyabr 2023 03:20 Sumqayıt 495
“Sumqayıt”ın "Futbol Düşərgəsi"ndən YENİ FOTOREPORTAJ

“Paşa Həyat Sığorta” ASC və “İkar-Qrup” MMC-nin (“Kəhriz Su”) sponsorluğu, eyni zamanda, “Azərikimya” İB-nin dəstəyi və Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının təşkilatçılığı ilə “Sumqayıt” Futbol Klubunun təşkil etdiyi “Futbol Düşərgəsi"nin ilk mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, layihənin ilk qrupuna daxil olan uşaqlar "Sumqayıt"ın bazasında müxtəlif əyləncəli tədbirlərə qatılıb, onlar üçün müxtəlif oyunlar, müsabiqələr, ekskursiyalar təşkil olunub

. Tədbirin ikinci günündə Sumqayıt şəhərinin maraqlı yerlərini gəzən iştirakçılara daha sonra "Cinema Plus" kinoteatrlar şəbəkəsinin Sumqayıt filialında film nümayiş etdirilib.

Layihənin ilk qrup üzrə sonuncu günündə isə Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının inzibati binasında bağlanış tədbiri keçirilib.

Tədbirdə YAP-ın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, millət vəkili Müşfiq Məmmədli, "Sumqayıt" Futbol Klubunun prezidenti Riad Rəfiyev, klubun vitse-prezidenti Aydın Xəlilov və digər qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları layihənin önəm və vacibliyi haqqında çıxışlar etdikdən sonra Vətən Müharibəsi iştirakçılarının övladları tərəfindən maraqlı kompozisiyalar nümayiş etdirilib.

Daha sonra bütün düşərgə iştirakçılarına "Sumqayıt"ın, həmçinin sponsorların hazırladığı xüsusi hədiyyələr və diplomlar təqdim edilib.

Ümumilikdə, bu layihədə Sumqayıtda yerləşən məktəb və liseylərin 100-dən artıq oğlan və qız şagirdi iştirak edəcək. Düşərgənin ilk qrupunda iştirak edən şagirdlər “Vətən müharibəsi”ndə şəhid və qazi olan igid əsgərlərimizin övladlarıdır.

Ümumilikdə bu layihə 2014-cü ildən "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu və "Azərikimya" İB-nin dəstəyi ilə keçirilir və bu müddət ərzində 800-dən çox məktəbli bu seminarın iştirakçısı olub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"