Premyer Liqa klubu yeni transferlərə BÖYÜK PUL AYIRDI

27 Noyabr 2022 14:40 Sumqayıt 952
Premyer Liqa klubu yeni transferlərə BÖYÜK PUL AYIRDI

Uğursuzluq zolağından çıxan «Sumqayıt»ın qış transferlərinə ayırdığı təqribi büdcə məlum olub.

«Gənclik şəhəri» təmsilçisi bu dönəmdə ciddi dəyişikliyə gedəcək.

Aleksey Baqanın razılığı ilə transfer olunan 9 legionerin bir çoxu yola salınacaq. Hər halda Samir Abasov belaruslu həmkarının bəyəndiyi əcnəbi futbolçuların əksəriyyətinin xidmətində maraqlı deyil.

Son 2 ayda onların demək olar hamısına şans verən yeni baş məşqçi, nəticələrdən göründüyü kimi, hələ istədiyi effekti onlardan ala bilməyib.

Necə də olmasa, «kimyaçılar» Premyer Liqanın cari mövsümündə qələbə qazanmayan yeganə iştirakçıdır.

«Sumqayıt» transferlər bazarında əsas dtqqəti ölkə xaricinə yönəldib. Abasovun istədiyi oyunçuları düşərgəyə cəlb etməsi üçün rəhbərlik tərəfindən lazımı işlər görülür.

Bu məqsədlə 200 min dollar civarında vəsait ayrılıb. Gələn ay yola salınacaq legionerlərə görə klub büdcəsinə xeyli qənaət əldə edəcək. Əcnəbilərdən qalan pul da bura daxildir.

SPORTİNFO.AZ

Xəbər Lenti