Azərbaycan klubu ilə müqavilə bağladı, pulu Türkiyədən gələcək

3 Avqust 2022 17:00 Sumqayıt 1 802
Azərbaycan klubu ilə müqavilə bağladı, pulu Türkiyədən gələcək

Bilindiyi kimi, 2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir legioneri heyətinə qatıb.

“Kimyaçılar” Türkiyədən "İstanbul Başakşehir"in qvineyalı futbolçusu Alya Tureni 1 illik icarəyə götürüb

20 yaşlı cinah yarımmüdafiəçisi "37" nömrəli formada çıxış edəcək.

Alya Ture karyerası boyunca Qvineyanın "Sekvens", Türkiyənin "İstanbul Başakşehir", "Akhisarspor" və Danimarkanın "Yammerbuxt" klublarında çıxış edib. Həmçinin Qvineyanın 19 yaşadək futbolçulardan ibarət millisinə də dəvət alıb.

Bu keçid “Sumqayıt”a havayı başa gəlib. Super Liqa təmsilçisi 1 il Azərbaycanda çıxış edəcək oyunçusunun əməkhaqqını özü ödəyəcək.

“Gənclik şəhəri” təmsilçisi sadəcə afrikalı legioneri kirayə mənzil və qida ilə təmin edəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti