COP29

Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlandı

19 Oktyabr 2023 01:40 Şahmat 351
Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlandı

Azərbaycan şahmat millisinin Monteneqronun Budva şəhərində keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, komandalar arasında yarışa 5 kişi və 5 qadın şahmatçı yollanacaq.

Kişilərin qitə birinciliyində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abasov, Rauf Məmmədov və Vasif Durarbəyli mübarizə aparacaqlar. Qədir Hüseynov millinin kapitanı olacaq.

Qadın şahmatçılardan ibarət heyətə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova cəlb olunublar.

Mixail Şereşevski ilə Yevgeni Tomaşevski kapitan qismində səfərə gedəcəklər.

Avropa çempionatı 10-21 noyabr tarixlərində keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"