“Qəbələ”li milliyə bu cür fayda verdi və çempion oldu - VİDEO

15 Oktyabr 2021 14:20 Qəbələ 626
“Qəbələ”li milliyə bu cür fayda verdi və çempion oldu - VİDEO

"Qəbələ"nin legioneri Omar Haninin çıxış etdiyi İordaniyanın U-23 millisi Qərbi Asiya Futbol Federasiyasının (WAFF) təşkil etdiyi turnirin qalibi olub.

Sportinfo.az xəbər verir ki, onlar finalda Səudiyyə Ərəbistanı ilə üz-üzə gəlib.

Qəbələnin futbolçusu WAFF turnirinin qalibi olub

Dammam şəhərindəki qarşılaşma İordaniyanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Omar Hani görüşün ikinci hissəsində meydana daxil olub və komandasının 3-cü qolunun ötürməsini verib.

11 komandanın iştirak etdiyi tuniri Səudiyyə Ərəbistanı Futbol Federasiyası və WAFF təşkil edib.

WAFF U-23 çempionatı 2015-ci ildən təşkil olunur. Yarışın ilk qalibi daha sonra Orta Asiya Futbol Federasiyasına keçən İran olub.

Digər Xəbərlər
Xəbər Lenti