Almaniya klubunun müdafiəçisi “Qarabağ”a lazım deyil

1 Mart 2020 14:00 Qarabağ 1 526
Almaniya klubunun müdafiəçisi “Qarabağ”a lazım deyil

“Qarabağ”ın müdafiəçisi Ailton Silva komandasını dəyişə bilər.

Braziliyalı legionerin mövsümün sonunda Ağdam klubundan ayrılması istisna edilmir. Azərbaycan çempionunun yaya qədər icarəyə götürdüyü 25 yaşlı sol cinah oyunçusu müqavilə ilə məxsus olduğu “Ştutqart”a qayıtmayacaq.

II Bundesliqa təmsilçisinin digər klublarda icarədə olan 7 oyunçusunun son durumu barədə araşdırma aparan “Bild” nəşri Silvanın “Qarabağ”da qalmaq ehtimalının aşağı hesab edib. Çünki almanlar mövsümün sonunda onun transferindən minimum 1,5 milyon avroluq gəlir götürmək niyyətindədir.

Ancaq “Qarabağ”ın da həmin pulu ödəmək iqtidarında olmadığı vurğulanıb. Gələcək taleyi qeyri-müəyyən olan “sambaçı”nın yalnız “Ştutqart”a qayıtmayacağı dəqiqdir. Ailton Silvanın “Ştutqart”la müqavilə müddəti gələn ilin yayına qədərdir.

Sportinfo.az-ın məlumatına görə, Qurban Qurbanov cənubi amerikalının çıxışından ümumən razı deyil. Braziliyalı baş məşqçinin ondan məmnun olmamasından xəbərdardır. Təcrübəli müəxəssis bir neçə dəfə bunu onun özünə eşitdirib.

Bundesliqa təmsilçisi Ailtonu yenidən icarəyə vermək istəsə belə, “Qarabağ“ razılaşmayacaq. Bir neçə il öncəyədək ölkəmizdə “Neftçi“nin də formasını geyinmiş “sambaçı“nın mövqeyinə başqa namizədlər gözdən keçirilir.

Digər Xəbərlər
Xəbər Lenti