
"Qarabağ"ın qolçusu Olavio Juninyo zədələnib.
Sportinfo.az xəbər verir ki, braziliyalı hücumçu Misli Premyer Liqasının 23-cü turundan təxirə salınan "Qəbələ"yə qarşı matçda zədə alıb.
Bu səbəbdən o, 40-ci dəqiqədə Leandro Andrade ilə məcburi əvəzlənib.
Zədənin nə dərəcədə ciddi olub-olmadığı hələ bilinmir.
Juninyo bu mövsüm Premyer Liqada 15 qolla bombardirlər siyahısında liderdir.