Dünən xəbər verdiyimiz kimi, I Liqa iştirakçılarından «Mingəçevir»də növbəti insident baş verib.
Ötən mövsümdən «işıqçılar»ı çalışdıran Ədahim Niftəliyev şəhər stadionunda ciddi təzyiqə məruz qalıb.
Olaya bəzi futbolçular və azarkeşlər qarışıb. Onlar baş məşqçiyə hücum çəkib, vurmağa cəhd göstərib.
Narazı şəxslər Niftəliyevə ağır təhqirlər yağdırıblar. Klub idarəçilərinin köməyi ilə o, hadisə yerindən uzaqlaşdırılıb.
Qalmaqalın motivi barədə müəyyən məlumatlar toplamaşıq. Niftəliyevin bu vəziyyətə düşməsinə səbəb komandaya 2 legioner cxəlb etməsi olub.
Onlardan biri serbiyalı, digəri isə rusiyalıdır. Baş məşqçi əcnəbilərə görə iki mingəçevirli gənci düşərgədən uzaqlaşdırıb.
İnsidenit də həmin oyunçuların və onların yaxınlarının iştirakıyla yaşanıb. İddia ediblər ki, çalışdırıcı və bəzi klub rəsmiləri yeni gələn legionerlərə görə menecerlərdən böyük miqdarda «şirinlik» alıb.
Üstəlik, iştirak ərizələrinə salınmaları üçün Peşəkar Futbol Liqasının tələb etdiyi 10 min manat da o agentlər tərəfindən ödəniləcək. Çünki «Mingəçevir»in özünün bu qədər xərc çəkməyə maddi imkanı yoxdur.
SPORTİNFO.AZ