Azərbaycan millisi Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazandı

17 İyul 2024 10:40 Qadın futbolu 2 248
Azərbaycan millisi Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazandı

Azərbaycanın qadın futbolçulardan ibarət millisi Avropa çempionatının birinci pley-off mərhələsinə vəsiqə qazanıb.

Sportinfo.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, yer aldığı B Liqasının 1-ci qrupunda 4 xalla sonuncu - dördüncü yeri tutan millimiz final mərhələsində iştirak şansını davam etdirir.

Komanda B Liqasının qruplarında ən yaxşı dördüncü yerin sahibi kimi bu hüquqa yiyələnib.

İyulun 19-da birinci pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azərbaycan milli komandasının rəqibi B Liqasında yoluna davam edən digər 11 iştirakçı arasında ən yüksək reytinqlilərdən biri olacaq: Portuqaliya, Şotlandiya, Uels, Serbiya, Ukrayna, Şimali İrlandiya.

Birinci pley-off mərhələsinin oyunları oktyabrın 23-də və 29-da keçiriləcək. 6 cütün qalibi ikinci pley-off mərhələsinə vəsiqə qazanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 17:50 Çək və bizə göndər!
7 Noyabr 09:00 Qurban Qurbanov təkdir
7 Noyabr 08:50 Zubir Mahirə çatacaq?
7 Noyabr 07:50 Pensiyalar artırılacaq?