“Turan”da ŞOK: Böyük ümidlərlə gətirilmiş legioner problemlə üzləşdi

3 İyul 2022 17:00 Problem 1 795
“Turan”da ŞOK: Böyük ümidlərlə gətirilmiş legioner problemlə üzləşdi

Premyer Liqada mübarizəyə hazırlaşan “Turan Tovuz”da şok yaşanıb.

Ayxan Abbasovun sərəncamında görmək istədiyi və bu məqsədlə Tovuza dəvət olunan Faysal Rerras zədələnib.

Məşqdə arxa əzələsini dartan Mərakeş millisinin sabiq müdafiəçisi uzun müddətə sıradan çıxıb. Belədə bölgə təmsilçisi 29 yaşlı müdafiəçi ilə müqavilə bağlamaqdan imtina edib.

Faysal üzgün halda vətəninə qayıdıb.

2019/20 mövsümündə “Qarabağ”da oynamış Rerras, vaxtilə “Vize”, “Sent-Trüden”, “Hart”, “Mexelen”, “Hibernian”, “Beziers”, “Muludia”, “Levski”də çıxış edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti