"Təcrübə torbası" nə vaxt dolacaq, Vaqif Sadıqov?

1 Avqust 2021 16:00 Problem 1 171
"Təcrübə torbası" nə vaxt dolacaq, Vaqif Sadıqov?

Hər il Azərbaycanı avrokuboklarda, demək olar ki, eyni komandalar təmsil edir.

Alternativ variant da yoxdur, zatən, əgər çempionatda cəmisi 8 komanda çıxış edirsə.

Və hər il də "Qarabağ"ı çıxmaq şərtilə digər klublar, uzaqbaşı, bir mərhələ keçir, sonra da burunları ovularaq geri qayıdırlar.

Bu il də həmən həmən oldu, "Neftçi" bir mərhələ keçdi, "Sumqayıt"la "Keşlə"ni ələ salıb qovdular Biləcəridən bu yana.

"Ünlü mütəxəssisimiz" Vaqif Sadıqov da deyir ki, bu biabırçılıq klublarımıza böyük təcrübə qazandırıb.

Vaqif müəllim, belə gedişlə bizim klubların "təcrübə torbası" nə vaxt dolacaq? Bu suala sizdən savayı kimsənin cavab tapmağa savadı yetməz. Lütfən, bizi intizarda saxlamayın.

BIZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...