"Qarabağı müharibədə itirdik, seçkilər nəticəsində Ermənistanı itirə bilərik"

19 İyun 2021 10:50 Problem 660
"Qarabağı müharibədə itirdik, seçkilər nəticəsində Ermənistanı itirə bilərik"

"Seçkilərdən sonra Ermənistanda qarşıdurmaların olacağı istisna deyil.

Ayılmaq üçün vaxt gəldi, əks təqdirdə, seçkilər nəticəsində Ermənistanı da itirə bilərik".

Sportinfo.az xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti, Erməni Milli Konqres Partiyasının rəhbəri Levon Ter-Petrosyan jurnalistlərlə görüşündə deyib.

Onun sözlərinə görə, seçkilərdəki qarşıdurma fiziki qarşıdurmaya çevrilmirsə, yaxşıdır. Ancaq hər iki tərəf nəsə edəcək. Artıq mitinqlərə start verilib, niyyətləri aydındır.

Ter-Petrosyan, ölkənin bu yolu tutacağı təqdirdə bir ildə ikinci məğlubiyyət olacağını vurğulayıb: "Bu seçkilərdə hansı qüvvələrin iştirak etdiyini, nə demək istədiklərini görürük. Bir-birilərinə qarşı müharibə elan ediblər.

Hər hansı bir oyunun olacağı gözlənilir. Ayılmaq üçün vaxt gəldi, əks təqdirdə, Qarabağı müharibə nəticəsində itirmiş olsaq da, seçkilər nəticəsində Ermənistanı itirə bilərik. Şişirtmirəm. Vətəndaş toqquşmaları belə olacaq".

Ermənistanda iyun ayının 20-də parlament seçkilərinin keçirilməsi planlaşdırılır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı