Nazir Azərbaycan idmançılarına öz peyvəndlərini təklif etdi

27 Fevral 2021 23:20 Problem 813
Nazir Azərbaycan idmançılarına öz peyvəndlərini təklif etdi

Rusiya İdman Nazirliyi MDB ölkələrinin milli komandalarında çıxış edən idmançıların yerli "Sputnik" peyvəndi ilə aşılanma variantını nəzərdən keçirməyə hazırdır.

Sportinfo.az xəbər verir ki, bu barədə idman naziri Oleq Matıtsin sözügedən ölkələrin Rusiyadakı səfirləri ilə görüşü zamanı deyib.

Hələlik Azərbaycan idmançıları peyvənd olunmayıb. Nazir bildirib ki, bu, Tokio Yay Olimpiya Oyunlarının təhlükəsiz keçirilməsinə doğru addımdır:

"Pandemiya, koronavirusun milli sərhədləri olmadığını açıq şəkildə nümayiş etdirdi. Hamı üçün bu çətin dövrdə idmanın birləşdirici rolu xüsusi əhəmiyyət kəsb edir. Hamımız böyük idman ailəsinin bir hissəsiyik.

Buna görə də prioritet olaraq, MDB-yə üzv ölkələrin milli komandalarının idmançılarının Rusiya peyvəndi ilə aşılanması imkanlarını nəzərdən keçirməyə hazırıq".

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM