
“Xan Lənkəran”ın prezidenti Pərviz Hüseynov bir qrup qazi və şəhid ailəsinə yardım aksiyası təşkil edib.
Ötən mövsüm Region Liqasında ikinci olmuş klubun rəhbəri şəxsi hesabına bu nəcib işi görüb.
O, belə tədbirləri davamlı şəkildə həyata keçirəcəyini bildirib.
Region Liqasının finalına vəsiqə qazandığı üçün AFFA “Xan Lənkəran”a 5000 manat ödəyib. Rusiyada fəaliyyət göstərən iş adamı həmin vəsaiti də qazi və şəhid ailələrinə bağışlayıb.
SPORTİNFO.AZ