“Neftçi”nin problem yaşayan futbolçusu üçün xüsusi...

4 Avqust 2021 00:42 Neftçi 1 608
“Neftçi”nin problem yaşayan futbolçusu üçün xüsusi...

Yunanıstanda "Olimpiakos"la Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda zədələnən "Neftçi"nin futbolçusu Namik Ələskərov Türkiyəyə gedib.

Sportinfo.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov bildirib.

43 yaşlı mütəxəssis yarımmüdafiəçi üçün xüsusi maska hazırlanacağını söyləyib.

Namik Ələskərov "Olimpiakos"la matçın 43-cü dəqiqəsində zədələnib. "Olimpiakos"un futbolçusu Məhəmməd Kamaranın kobud oyunundan sonra başından qan açılan oyunçu görüşü davam etdirə bilməyib.

Onun əvəzinə meydana Mirabdulla Abbasov daxil olub. Kamara isə qırmızı vərəqə ilə meydandan qovulub. Qarşılaşma "Neftçi"nin minimal hesablı məğlubiyyəti ilə başa çatıb - 0:1.

Digər Xəbərlər
Xəbər Lenti