“Həmin hərəkət mənim adıma yaraşmadı” – Regedən heç vaxt etmədiyi SƏMİMİ ETİRAFLAR

4 Mart 2023 20:00 Müsahibə 912
“Həmin hərəkət mənim adıma yaraşmadı” – Regedən heç vaxt etmədiyi SƏMİMİ ETİRAFLAR

“Neftçi”nin baş məşqçisi sirləri “Sportinfo”ya açdı: “Qarabağ”ı dayandırmaq üçün çalışırıq”

Yayda Samir Abasovun gedişindən sonra “ağ-qaralar”da əsas söz sahibi olmağa razılıq verən Laurentsiu Regekampf 8 aydır ölkəmizdə çalışır.

Vaxtilə “Styaua”nı ölkə çempionu edən, bu komandanı Çempionlar Liqasının qrup mərhələsinə daşıyan, Avropa Liqasında 1/16 final mərhələsinə yüksəldən, bura gələnə qədər Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində iş təcrübəsi olan rumın çalışdırıcının Azərbaycandakı işi hələ ki, istədiyi kimi getmir.

Komandası turnir cədvəlinin üçüncü pilləsində yer almaqla çempionluqdan uzaq düşüb, gümüş medalları boyundan asmaq isə sual altındadır. Regenin adının eks həyat yoldaşı, məşhur rumıniyalı agent Anamariya Prodanla qalmaqallarda hallanması da zaman-zaman müzakirələrə yol açıb.

Laurentsiu ilə müsahibədə məqsəd təkcə “Neftçi”dəki və ölkəmizdəki durumu ilə yox, həm də şəxsi həyatı ilə bağlı suallara cavab tapmaq idi ki, təcrübəli çalışdırıcının bütün məqamlara aydınlıq gətirəcəyinə söz verməsi yerinə düşdü.

Beləliklə, “Neftçi”nin rumın çalışdırıcısı ilə müsahibənin üçüncü hissəsini təqdim edirik.

(əvvəli ötən yazılarda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/164396.html // https://www.sportinfo.az/idman_xeberleri/musahibe/164481.html)

- Nə deyir? Nə düşünür?

- Ümid edirəm ki, Emin yeni müqaviləyə imza atacaq. Emin “Neftçi” üçün vacib addır və onun burda qalması mütləqdir. O, əsl “Neftçi” ruhuna sahib futbolçudur və klubun imicidir. Bu günə qədər Mahmudovun komandada qalması üçün çox çalışmışam. Son dəqiqəyə qədər mübarizəmi davam etdirəcəm.

- Azərbaycanda yaşamaq ürəyinizcədir?

- Mən burdakı yaşayışı və həyat səviyyəsini bəyənirəm. İnsanların bir-birinə olan münasibəti mükəmməldir. İndiyə qədər Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində çalışmışam. Etiraf edim ki, Azərbaycanla bu ölkələr arasında ciddi fərq yoxdur. Hətta ölkənizin Rumıniya ilə bir çox cəhətlərdə oxşarlığı var. Azərbaycanda ən çox sevdiyim təbiiliyin çox olmasıdır.

- Bakıda boş vaxtınızı necə keçirirsiz? Əsasən hansı məkanlara baş çəkirsiz?

- Övladım 10 aylıqdır, hələ körpədir. Ona görə də soyuq havada küçədə çox vaxt keçirə bilmirik. Üstəlik, bu yaşda oyun zallarında əylənə bilmir. Vaxtımızın əsas hissəsini “Port Baku”da keçiririk. Orada əylənmək, xoş vaxt keçirmək üçün hər cür şərait var.

- “Port Baku”da həyat və yaşayış səviyyəsi necədir? Ora paytaxtın ən dəbdəbəli yaşayış kompleksi hesab olunur.

- Digər komplekslərdə yaşamadığımdan, müqayisə aparmaq çətindir. Bir onu deyə bilərəm ki, “Port Baku”da hər şey ürəyimizcədir, hər cür şəraitə sahibik.

- Qonşularınız kimlərdir?

- Tanımıram axı.

- Futbol camiəsindən olanları deyirəm.

- Futbol təsərrüfatından məşqçi və futbolçuların çoxunu orda görürəm. Məsələn, “Sabah”ın baş məşqçisi ilə tez-tez rastlaşırıq.

- Əl sıxıb görüşürsüz?

- Əlbəttə. Salamlaşırıq, hal-əhval tuturuq, başqa heç nə.

- Futboldan, çempionatdan, Premyer Liqadakı mübarizədən danışmırsız?

- Düzünü desəm, yox. Saunada, əyləncə zalında “Qarabağ”la “Sabah”ın legionerlərinə rast gəlirəm.

- Sürücü ilə gəzirsiz, yoxsa avtomobili özünüz idarə edirsiz?

- Sükan arxasında özüm oluram.

- Xeyr, yaxşı görmək üçün taxıram.

- Yaxın keçmişə qədər Rumıniyada futbol məşqçisi kimi məşhur idizsə, keçmiş həyat yoldaşınız Anamariya Prodanla yaşadığınız qalmaqallardan sonra indi daha çox tanınırsız. Bu cür qalmaqallar, söz-söhbətlər işinizə nə dərəcədə təsir edir?

- Əlbəttə, yaşananlar xoş hal deyil və belə olmasını istəməzdim. Amma şəxsi həyatla iş fərqli şeylərdir. Prodanla yaşananlar keçmişdə qalıb. Mən bu mövzunu bağlayaraq gələcəyə baxıram. Bilirəm, mətbuatda xoşagəlməz yazılar dərc olunur, Anamariya tərəfdən müəyyən xəbərlər ötürülür. Ancaq bunlar məni qəti narahat etmir. Çünki özümü yaxşı tanıyıram.

- Üçüncü evliliyinizi yaşayırsız. Xoşbəxtsiz?

- Çox xəşbəxtəm.

- Sentyabrda Anamariya Prodanla Snaqovdakı evinizin qarşısında əlbəyaxa olmağınızın görüntüləri mətbuatda işıqlandırıldı və böyük müzakirələrə yol açdı. Sonradan həmin videogörüntülərə baxanda qadına əl qaldıran kişi olaraq hansı hisləri keçirdiz?

- Həmin hərəkət mənim adıma, imicimə yaraşmadı. Burda söhbət təkcə qadına əl qaldırmaqdan getmir. Ümumiyyətlə, dava etməyi, kiminləsə bu cür qalmaqal yaşamağı sevmirəm. Fikrimcə, hər bir insanın həyatında bu və ya buna bənzər hallar yaşanıb. Sadəcə, mətbuata çıxmayıb, müzakirə olunmayıb. Çünki heç kim o cür görüntüləri çəkib jurnalistlərə ötürmür. Yaşanan hadisə Anamariya Prodanın öncədən hazırladığı plan idi. Xaraktercə aqressiv insan deyiləm deyə, bu cür qalmaqallardan qaçıram. Hətta maraqlansaz görərsiz ki, gündəmdə olmağı, tez-tez mətbuata çıxmağı xoşlayan biri deyiləm. Siz mənimlə üzbəüz oturub bu qədər suala cavab tapırsızsa, xoşbəxt adamsız. Mən sözümü işimlə, qazandığım nəticələrlə deməyi xoşlayıram, küçədə kiminləsə davam etməklə yox.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti