"200-300 manat təklif edirlər, istəmirəm - Klub tapmasam..."

12 İyul 2022 20:40 Müsahibə 1 715
"200-300 manat təklif edirlər, istəmirəm - Klub tapmasam..."

Bir vaxtlar Ruslan Qurbanov Azərbaycanın ən istedadlı və yüksək qazanclı futbolçularından hesab olunurdu.

Əslən Stavropoldan olsa da, 18 yaşında “Neftçi”yə gəlmiş, əsasən bu komandada parlamış, milliyə dəvət almış, ölkə reallığında kifayət qədər yaxşı məbləğı “Qəbələ”yə transfer olunmuş, bu komanda ilə Avropa Liqasının qrup mərhələsində çıxış etmişdi.

Lakin klubları əlcək kimi dəyişməsi yekunda Azərbaycanı Belarusa dəyişməsi ilə nəticələndi. Bu gün isə klubsuzdur.

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

Ruslanın şəxsi və futbolçu həyatı barədə o qədər maraqlı məlumatlar var ki, üzbəüz otursaydım bəlkə də söhbətimiz saatları əhatə edərdi.

Sizin üçün yorucu olmasın deyə, ayrı-ayrı məqamlar üzərində xüsusi şəkildə dayanmadan ümumi mənzərəni iki hissəli müsahibəyə sığdırmalı oldum.

(əvvəli ötən yazılarda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/144396.html) // https://www.sportinfo.az/idman_xeberleri/musahibe/144480.html

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

- Qaytarmadın həmin pulu?

- Qaytardım, qaytardım... Berti Foqts getmişdi, Robert Prosineçkinin dövrü idi. Malta ilə oynayırdıq, Namiq Ələsgərov zədələnib çıxdı, Prosineçki məni meydana buraxdı. 2:0 udduq həmin oyunu. Prosineçki dedi ki, sən 20-ci dəqiqədən meydanda olmusan deyə, sənə mükafatı 75 yox, 100 faiz yazıram. Səhv etmirəmsə, qələbəyə görə 30 min verilmişdi. Prosineçkinin köməkçisi zəng elədi ki, bəs, AFFA-ya 12 min borcun var, istəyirsən ver, istəmirsən vermə, öz işindir. Dedim, ən yaxşısı verim, canım qurtarsın. Beləcə 30 minin yerinə 18 min alıb söhbəti bağladım. Səhv etmirəmsə, məndən başqa heç kim qaytarmamışdı. Qaytarsam belə, yenə sonda mən pis oldum.

- Qaytarmayan olmuşdu?

- Məsələn, Elhad Nəzirov qaytarmadı. Yanılmıramsa, Emil Balayev 5 sonradan 5 min qaytardı.

- Çoxları üçün arzu kimi görünən vaxtda sənə Xorvatiya – “Hayduk”da legioner həyatı yaşamaq şansı yaranmışdı. Yadımdadır, böyük ümidlərlə getmişdin. Niyə alınmadı?

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

- Alınardı. Sadəcə bəzi səbəblər var idi.

- Nə kimi səbəblər?

- Tez-tez baş məşqçi dəyişiklikləri oldu. Qısa müddətdə 3 məşqçi dəyişdik. Bu da istər-istəməz oyunuma təsir edirdi. Hətta vitse-prezident belə, məcburiyyətdən qısa müddətdə baş məşqçi səlahiyyətlərini yerinə yetirirdi. Ən əsas problemim ailəmdən uzaq düşməyimlə bağlı idi. “Hayduk”da oynayanda qızım dünyaya gəldi.ə Təsəvvür edin, qızım dünyaya gələn gün – yanvarın 11-də yoldaşımla ayrı-ayrı ölkələrdə idik. Uşağım doğulmuşdu, mən hələ də üzünü görə bilməmişdim. 3 ay onun həsrəti ilə yaşadım. Üstəlik, bəzi maliyyə problemləri də oldu. Amma gərək bütün çətinliklərə dözüb qalardım. Kaş, ailəmi də yanıma gətirib karyeramı Xorvatiyada davam etdirərdin.

- Ailə vəziyyətin necədir? Boşanmısan deyəsən.

- Xeyr. Onu kim deyir?

- Əvvəl tez-tez xanımınla şəkillər paylaşardın...

- Yox-yox, hər şey yaxşıdır. Özüm paylaşmıram artıq. Hər yoldan keçən ağzına gələni yazır, adamın əsəbləri pozulur. Ən yaxşısı ailə şəkillərini paylaşmamaqdır.

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

- Sosial şəbəkə hesablarında futbolçudan çox bloger təsiri bağışlayırsan. Çörəyin yerini tapmısan deyəsən.

- (gülür) Bunu mənə çox adam deyir. Mənə nə blogerlik, nə də sosial şəbəkə lazımdır. Ora qazanc gözü ilə baxsam, mesaj bölməsinə yazılan reklam əməkdaşlıqlarına razılıq verərəm. Bilirsiniz, nə qədər yazırlar. Bir paylaşıma görə 200-300 manat təklif edirlər, istəmirəm.

- Niyə?

- Çünki sənətim deyil. Mənim işim futbol oynamaqdır. Hə, futbolla bağlı hansısa lahiyə və ya paylaşım olsa, edərəm. Məşhurların futbol yarışı var, blogerlər, müğənnilər, keçmiş futbolçular, siyasət adamları oynayır. Bilirsiniz nə qədər pul verirlər?

- Nə qədər?

- 10-15 min manat arası. Mənimlə əlaqə saxlamışdılar. Hələ ki, gözləyirəm. Klub tapmasan, çox güman ora gedəcəyəm. Açığı, məşqçilik kateqoriyası da almaq istəyirəm. Millidə oynadığıma görə mənə C lisenziyası düşür. Fikirləşirəm ki, kateqoriyam olsa, agent də ola bilərəm.

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı