“Bakıya 5 manatla gəlmişdim, 500 min dollardan 350 mini mənə çatdı” – DƏHŞƏTLİ ETİRAFLAR!

10 İyul 2022 16:00 Müsahibə 2 795
“Bakıya 5 manatla gəlmişdim, 500 min dollardan 350 mini mənə çatdı” – DƏHŞƏTLİ ETİRAFLAR!

Bir vaxtlar Ruslan Qurbanov Azərbaycanın ən istedadlı və yüksək qazanclı futbolçularından hesab olunurdu.

Əslən Stavropoldan olsa da, 18 yaşında “Neftçi”yə gəlmiş, əsasən bu komandada parlamış, milliyə dəvət almış, ölkə reallığında kifayət qədər yaxşı məbləğı “Qəbələ”yə transfer olunmuş, bu komanda ilə Avropa Liqasının qrup mərhələsində çıxış etmişdi.

Lakin klubları əlcək kimi dəyişməsi yekunda Azərbaycanı Belarusa dəyişməsi ilə nəticələndi. Bu gün isə klubsuzdur.

"Komandadakı hər kəs bilir ki, məqsədimiz var, o da hər şeyi qazanmaqdır"

Ruslanın şəxsi və futbolçu həyatı barədə o qədər maraqlı məlumatlar var ki, üzbəüz otursaydım bəlkə də söhbətimiz saatları əhatə edərdi.

Sizin üçün yorucu olmasın deyə, ayrı-ayrı məqamlar üzərində xüsusi şəkildə dayanmadan ümumi mənzərəni iki hissəli müsahibəyə sığdırmalı oldum.

- 30 yaş və hər nə qədər qəribə səslənsə də, klubsuzsan...

- Bəli, hələ ki, klubsuzam. Stavropoldayam, gözləyirəm, görüm nə olur. Moskvaya çağırırlar, ulduzların və məşhur veteran futbolçuların çempionatı keçirilir, orada oynamaq şansım var. Peşəkar klubdan normal təklif olmasa, yəqin ki, ora gedəcəyəm.

"Komandadakı hər kəs bilir ki, məqsədimiz var, o da hər şeyi qazanmaqdır"

- Peşəkar klublara lazım deyilsən?

- Görünən odur ki, yox. Lazım olsaydım, dəvət edərdilər. Ortaya düşüb kiməsə yalvarmayacağam ki. Hətta bəzilərinə özüm yazmışam, mesajımı oxuyub cavab vermirlər. İstəmirlər, canları sağ olsun.

- Kimdir günahkar?

- Bilmirəm ki. Bəlkə günahkar özüməm? Nədə günahım var axı? Sanki Azərbaycanda birdən-birə hamı məndən üz döndərdi. Açığı, bilmirəm.

- Mən bilirəm.

- Mən də bilmək istəyirəm. Deyə bilərsiniz?

"Komandadakı hər kəs bilir ki, məqsədimiz var, o da hər şeyi qazanmaqdır"

- Çox danışırsan, hər kiçik problemə sərt reaksiya verirsən, sözü üzə deyirsən, qısası, daxili ab-havanı pozursan. Bu cəhətlərin baş məşqçilərin ürəyincə deyil.

- (fikirləşir) Bəlkə də... Bəlkə də... Ola bilsin buna görədir.

- Bunu cavanlığına bağlayaq, yoxsa xarakterin belədir?

- Hamı bilir ki, tez özümdən çıxan biriyəm. Bir anın içində coşuram, sonra sakitləşib peşman oluram. Başa düşürəm ki, filan vaxt sakit durmalıydım. Səhvimi anlayan insanam. Sadəcə tez əsəbiləşirəm. “Keşlə”də yaşananları çıxsaq, başqa heç bir klubda heç kimlə problemim olmayıb. Onda da aldatmışdılar, haqqımı yemişdilər deyə danışmaq məcburiyyətində qaldım. Allah hər şeyi görür, ona görə də bu gün yoxdurlar.

- Hansısa dönəmdə sanki ulduz xəstəliyinə tutulmuşdun. Bahalı müqavilələr, yaxşı həyat tərzi, klublardan təkliflər, yığma karyerası, Avroliqanın qrup mərhələsi...

- Bu fikirlə razılaşmıram. Karyeramda nələrə nail olsam da, daim irəli getmək haqda düşünürdüm. Buna görə Allahıma və Azərbaycanda mənə güvənən insanlara sonsuz təşəkkürümü bildirmək istəyirəm. Həmin insanların dəstəyi və inamı olmasaydı, Ruslan Qurbanov olmazdım. Bəli, sözü üzə demişəm, haqqımın tapdanmasına qarşı çıxmışam, amma Allah şahiddir ki, heç kimə pislik etməmişəm. Və heç vaxt özümü ulduz saymamışam."Komandadakı hər kəs bilir ki, məqsədimiz var, o da hər şeyi qazanmaqdır"

- Azərbaycan və Azərbaycan futbolu sənə nə verdi, maddi planda nə qazandırdı?
- Dəqiq say deyə bilməyəcəyəm. Heç vaxt unutmayacağım faktı deyim ki, Stavropoldan Bakıya gələndə cibimdə 200 rubl pul var idi. Bu da təxminən 5 manat edirdi. Azərbaycana gələndə heç nəyim yox idi, heç nəyim. Kasıb ailəmiz vardı, valideynlərimin də üstündə kredit borcları. Allahın böyüklüyü sayəsində həmin borcları bağladım, anama, bacıma və özümə ayrı evlər aldım, toy elədim, atam dünyasını dəyişənə qədər müalicəsinə xərclədim. Azərbaycanda qazandığım çörəklə özümün və ailəmin həyatını başdan-ayağa dəyişdim. Çox adam deyir ki, sən əziyyət çəkməsəydin bunlar olmayacaqdı. Deyirəm, yox, bəlkə də başqa yerdə əziyyət çəksəydim, bu cür qiymətləndirilməyəcəkdi. Amma Azərbaycanda mənə dəyər verildi, zəhmətimin qarşılığını gördüm. Ən əsası özümə qarşı sevgi görürdüm. Bir söz deyim.

- Buyur.

- İnanmıram ki, kiminsə xətrinə dəymişəm, kiməsə pislik etmişəm. Hətta bu, mən bilmədən olubsa da belə, həmin insan(lar)dan üzr istəyirəm. Allah xatirinə günahımı bağışlasın(lar). Futbol var, ya yoxdur – maraqlı deyil. İstəyim odur ki, Azərbaycanda hər zaman şəxsiyyət və yaxşı futbolçu kimi yadda qalım. “Neftçi” azarkeşləri məni necə sevirdi. Eh... Onlar mənim üçün hər zaman ən yaxşı fanatlar olub və bundan sonra da elə qalacaq.

"Komandadakı hər kəs bilir ki, məqsədimiz var, o da hər şeyi qazanmaqdır"

- Premyer Liqanın gedişində “Neftçi”dən “Qəbələ”yə keçidin səs-küylə qarşılanmışdı. Bildiyimə görə, “Qəbələ” transferinə görə “Neftçi”yə və maaş olaraq sənə yaxşı pul təklif etmişdi.

- Elədir. Yaxşı vaxtlar idi.

- “Neftçi”yə nə qədər transfer haqqı ödənmişdi?

- Belə deyim də, “Qəbələ” mənimlə 500 min dollara razılaşmışdı, “Neftçi”yə veriləcək pul də həmin məbləğin içindəydi. Həmin puldan 150 min dollar “Neftçi”yə verdim, 350 min illik məvacib kimi mənə çatdı. Səhv etmirəmsə, o vaxt dolların kursu 1,05 manat idi.

- Azərbaycandakı ilk illərini yaxşı xatırlayıram. Gecə həyatı, siqaret, spirtli içki, qızlarla əyləncələr...

- O qədər də deyildi. Gənc yaşlarımda Bakı kimi müasir şəhərə düşmüşdüm, 5-10 manat pul qazanırdım, belədə başımı itirməyim hardasa anlaşılan idi. 18-19 yaşım vardı, bəzən dostlarla hardasa oturub əylənirdik. Adımı əyyaş qoymuşdular, hətta “Neftçi”nin prezidenti Sadıq Sadıqova narkoman olduğumu demişdilər.

"Komandadakı hər kəs bilir ki, məqsədimiz var, o da hər şeyi qazanmaqdır"

- İçib-çəkmirdin?

- Baxın, sizə bir söz deyim. Azərbaycanın futbol tarixində yeganə futbolçuyam ki, il ərzində AMADA məndən 17 dəfə test götürüb. Bu, bilirsiniz nə deməkdir? Dünyada belə şey yoxdur e. Tək Azərbaycanın AMADA-sı deyil, Almaniyanın və başqa ölkələrin təşkilatı da. Hətta bir dəfə zarafatca dedim ki, məndən götürdüyünüz maça deyəsən hansısa xəstəliyin dərmanıdır. Ramazan ayında belə, məndən test götürmüşdülər.

- Niyə məhz sən? Nə axtarırdılar?

- Nə bilim. Yəqin “yuxarıdan” hansısa pis əməllə məşğul olduğumu demişdilər. Dəhşət idi, dəhşət.

- Siqaretlə içkini nə vaxt atdın?

- (davamı olacaq)

HƏBİB / SPORTİNFO.AZ

"Komandadakı hər kəs bilir ki, məqsədimiz var, o da hər şeyi qazanmaqdır"

Digər Xəbərlər
Xəbər Lenti