“60 min mükafat verilmişdi, dedi, pulu qaytarmasan, səni ölkədən qovacaqlar” - ŞOK!

11 İyul 2022 19:00 Müsahibə 2 885
“60 min mükafat verilmişdi, dedi, pulu qaytarmasan, səni ölkədən qovacaqlar” - ŞOK!

Bir vaxtlar Ruslan Qurbanov Azərbaycanın ən istedadlı və yüksək qazanclı futbolçularından hesab olunurdu.

Əslən Stavropoldan olsa da, 18 yaşında “Neftçi”yə gəlmiş, əsasən bu komandada parlamış, milliyə dəvət almış, ölkə reallığında kifayət qədər yaxşı məbləğı “Qəbələ”yə transfer olunmuş, bu komanda ilə Avropa Liqasının qrup mərhələsində çıxış etmişdi.

Lakin klubları əlcək kimi dəyişməsi yekunda Azərbaycanı Belarusa dəyişməsi ilə nəticələndi. Bu gün isə klubsuzdur."Qalatasaray"dan aldı, 50 milyon qiymət qoydu -

Ruslanın şəxsi və futbolçu həyatı barədə o qədər maraqlı məlumatlar var ki, üzbəüz otursaydım bəlkə də söhbətimiz saatları əhatə edərdi.

Sizin üçün yorucu olmasın deyə, ayrı-ayrı məqamlar üzərində xüsusi şəkildə dayanmadan ümumi mənzərəni iki hissəli müsahibəyə sığdırmalı oldum.

(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/144396.html)

- Siqaretlə içkini nə vaxt atdın?

- Güclü siqaret çəkən olmamışam, belə də, ara-sıra. “Neftçi”dən “Sumqayıt”a keçəndən sonra Bədavi Hüseynovla mütəmadi söhbətlərdən sonra İslam dinini qəbul etdim. Bununla da siqaret və spirtli içki ilə qurtardım. Amma deyilən qədər avara biri də deyildim. Hətta indiyə qədər heç vaxt Bakıdakı gecə klublarına getməmişəm. Hansısa kafe-restorana gedəndə belə, çalışırdım insanların görmədiyi yerdə - kabinetdə oturum.

"Qalatasaray"dan aldı, 50 milyon qiymət qoydu -

- Axı, “Qəbələ”də olduğun müddətdə tez-tez intizam qaydalarını pozduğun deyilirdi. Hətta Roman Qriqorçuk da səninlə bacarmırmış.

- Boş söhbətdir, şayiədən başqa bir şey deyil. Bir dəfə Qriqorçuk yaxınlaşdı ki, bəs, gecə harasa çıxmısan, qulağıma xəbər çatıb. Mən də özümə əminəm axı. Dedim, gəlin, birlikdə kameralara baxaq. Harasa çıxmışamsa, hamının qarşısında klubdan qovun məni.

- Səhv etmirəmsə, buna görə Roman İosifoviçin köməkçisi Sənan Qurbanovla da problem yaşamışdın.

- Sənan Qurbanov məndən çox danışırdı, olmayan şeyləri deyirdi. Amma heç vaxt ona kin saxlamamışam. Bir ara məni Aqil Məmmədovla eyni otağa qoymuşdular ki, mənə nəzarət etsin. Sanki balaca uşağam, sözə qulaq asmıram, icazəsiz harasa çıxıram. Halbuki elə şeylər etmirdim.

- Günahsız olmadığın halda heç nə demirdin?

- Əlbəttə, mənə xoş gəlmirdi. Sənan legionerlərin otağına qapını döyüb girirdi, mənim otağımın qapısını birbaşa açırdı. Soruşurdum, bu nə münasibətdir mənə qarşı? Gecə saat 1-də peşəkar futbolçunun otağına girib onu yoxlamaq nə deməkdir? Futbolçudan şübhələnirsənsə, onu tutmağım 100 yolu var. Yoxsa göz görə-görə qapını döy, içəri gir, yoxla – düzgün deyil axı.

"Qalatasaray"dan aldı, 50 milyon qiymət qoydu -

- Eyni şeyi legionerlərə də edirdi?

- Baqali Dabo qapını içəridən bağlayırdı, mən isə buna ehtiyac duymurdum. Pis işim yoxdursa, niyə bağlayım ki? Dabonun qapısını döyürdü, Dabo başını çıxarıb deyirdi “salamatçılıqdır”, bağlayırdı. Mənim otağıma girirdi, “nə əcəb bu gün heç yerə getməmisən” deyib, məzələnirdi, təxribata çəkirdi.

- Sən nə deyirdin?

- Deyirdim, sizi gözləyirəm, siz çıxan kimi gedəcəm (gülür). Necə münasibət görürdümsə, o cür də qarşılıq verirdim.

- Son 10 ildə səni ən yaxşı pul qazanmış milli üzvlərindən biri hesab edə bilərik. Şərait qurmağa çox xərcləmisən, yoxsa sağa-sola, avaraçılığa?

- Nə etmişəmsə ailəmə, qohumlarıma, doğmalarıma, dostlarıma etmişəm. Hətta özümə qiymadığımı etmədiyimi onlara etmişəm. Mən həmişə ailəcanlı olmuşam.

"Qalatasaray"dan aldı, 50 milyon qiymət qoydu -

- “Həzi Aslanov”da mənzil almışdın.

- Bəli.

- Qalır o ev?

- Xeyr, satdım.

- Niyə?

- Atam xərçəng xəstəliyinə tutulanda çox çətin dönəm keçirdim. Sağ qalması üçün əlimdən gələni etməyə çalışsam da, ötən il dünyasını dəyişdi. Təxminən 2 milyon rubl xərcim çıxdı müalicəsi üçün. Müalicəsi, dəfni, qəbir daşı – hamısını özüm elədim. Ona görə də evi satmalı oldum.

"Qalatasaray"dan aldı, 50 milyon qiymət qoydu -

- Səninlə bağlı ən maraqlı hadisə millidə aldığın mükafatın sonradan AFFA tərəfindən geri istənilməsi idi. Nə baş vermişdi? Necə olmuşdu?

- Berti Foqtsun vaxtında səfərdə İsraillə oynayırdıq. Yadınızdadırsa, hesab 1:1 olmuşdu, qolu da Rahid Əmirquliyev vurmuşdu. Oynadıq, Bakıya qayıtdıq. Rövnəq Abdullayev sağ olsun, əsas heyətdə meydana çıxanlara 60 min manat mükafat ayırdı. Ehtiyatda oturduğum üçün mənə 30 min düşürdü. AFFA-ya gəlib sənədə imza atdım, pulu götürdüm, getdim Sumqayıta. O vaxt “Sumqayıt”da oynayırdım.

- Aha...

- Üstündən 2 saat keçəndən sonra AFFA-dan İslam Abbasov zəng vurdu ki, bəs, yanlışlıq olub, sənə 30 faiz düşür. 60 minin 30 faizi də 18 min edirdi deyə 12 mini qaytarmalıydım.

"Qalatasaray"dan aldı, 50 milyon qiymət qoydu -

- Ehtiyatda oturmuşdunsa və 50 faizi haqq edirdinsə niyə 30 faiz almalıydın?

- Dedi, büdcədə çatışmazlıq var, 12 mini qaytarmalısan (gülür). Dedim, məndə pul yoxdur, aldığımın hamısını evə göndərdim. Nə isə, söhbət müvəqqəti bağlandı. Sonra “Sumqayıt”ın o vaxtkı prezidenti Kamran Quliyev gəldi ki, bəs, 12 mini qaytarmasan səni ölkədən qovacaqlar. Dedim, qovun, pulu evə göndərmişəm.

- Qaytarmadın həmin pulu?

- ... (davamı olacaq)

HƏBİB / SPORTİNFO.AZ

"Qalatasaray"dan aldı, 50 milyon qiymət qoydu -

Digər Xəbərlər
Xəbər Lenti