COP29

Elxan Məmmədov indi də bu şəxsi yenidən AFFA-ya "sırımaq" istəyir? - FOTO

7 Dekabr 2023 01:10 Milli komanda 2 190
Elxan Məmmədov indi də bu şəxsi yenidən AFFA-ya "sırımaq" istəyir? - FOTO

AFFA-nın vitse-prezidenti (ictimai əsasda) Elxan Məmmədov Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, hazırda FİFA-da direktor vəzifəsində çalışan E.Məmmədov Xorvatiya Futbol İttifaqının Konfransında iştirakı çərçivəsində bu ölkəyə səfəri zamanı Robert Prosineçki ilə bir araya gəlib.

Görüşlə bağlı məlumatl ilk olaraq football.az saytı paylaşıb. Görüşün restoranlardan birində baş tutduğu güman edilir.

Xorvat mütəxəssis hazırda işsiz, Azərbaycan millisinin baş məşqçisi vəzifəsi isə boşdur. Odur ki, görüşlə bağlı şəklin yayılması sosial mediada da müzakirələ səbəb olub.

Elxan Məmmədov Parisdə yaşasa da, onun AFFA-da təsir imkanlarının qaldığı bəllidir. Məmmədovun milliyə yenidən xarici mütəxəssis gətirməyə ciddi cəhd göstərdiyinə dair məlumatlar var.

Bu mənada, Prosineçki ilə görüşdə onun Azərbaycan millisinə mümkün qayıdışının müzakirə olunduğu istisna deyil.

Prosineçki özü bir neçə gün əvvəl yerli mediaya müsahibəsində Azərbaycan millisində işləmək istəyini gizlətməyib. O blldirib ki, AFFA-dan təklif olsa, bu məsələni müzakirə etməyə hazırdır.

AFFA millinin baş məşqçi vəzifəsinə namizədlərlə bağlı açıqlama vermir.

ki,Prosineçki 2014-17-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.

Digər Xəbərlər
Xəbər Lenti