Premyer Liqa komandası ikinci legionerdən də yaxasını qurtadı - RƏSMİ

29 Yanvar 2025 11:00 Kəpəz 1 275
Premyer Liqa komandası ikinci legionerdən də yaxasını qurtadı - RƏSMİ

"Kəpəz" Redon Mihana ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmıti məlumat yayıb.

25 yaşlı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.

"Kəpəz" albaniyalı oyunçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Mihana ötən ilin yayından Gəncə təmsilçisində oynayırdı.

"Kəpəz" daha əvvəl Orxan Əliyev və Lassana Ndiaye ilə də yollarını ayırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!
12 İyun 01:50 "Qarabağ"dan 3 XƏBƏR