COP29

ŞOK ŞİKAYƏT! “Pulumuzu ala bilmirik, bizi otel və restorana buraxmırlar”

7 Dekabr 2024 21:20 Kəpəz 1 222
ŞOK ŞİKAYƏT! “Pulumuzu ala bilmirik, bizi otel və restorana buraxmırlar”

«Kəpəz»də yenidən maddi çətinlik yaradıb.

Bu barədə saytımıza «sarı-göylər»in futbolçuları məlumat verib.

Redaksiyamızla əlaqə saxlayan oyunçular klub rəhbərliyinin üzərinə götürdüyü maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyini söyləyib.

Onların sözlərinə görə, komanda Premyer Liqada sonuncu pillədən qurtulsa da, bu, ümumi duruma heç bir müsbət təsir göstərməyib:

«Səbail» və «Şamaxı» üzərində qələbəyə görə vəd olunan mükafatı hələ ala bilməmişik. Rəhbərlikdən heç kimi tapmırıq.

İlqar Nadiri (klubun İdarə Heyətinin sədri-red) bizə yalnız uzaqdan-uzağa xəbər göndərir. Dəfələrlə Azər Bağırova müraciət etmişik.

Baş məşqçi bizə deyir, gözləyin. Onu da qınamırıq. Bizə pisdirsə, ona da pisdir.

Azər müəllim elə bizim vəziyyətimizdədir. Çıxarıb cibindən hər futbolçuya pul verəsi deyil ki…

Gəncə ucuz yer deyil. Hər dəfə başqa-başqa yerlərdə yemək yeyirik.

Çünki restoran və kafelərə borcumuz var. Gündə 25-30 manat ancaq yeməyə gedir.

Klubun da otellərə xeyli borcu var. Tez-tez yer dəyişirik. Əvvəl qaldığımız otellərə gedə bilmirik, deyirlər ki, borcu ödəyin, sonra gəlin».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti