“Bu 10 gün danışıqlarda həlledicidir, biz lazım olan hər şeyi etməliyik”

28 May 2024 22:00 İtaliya 619
“Bu 10 gün danışıqlarda həlledicidir, biz lazım olan hər şeyi etməliyik”

“Napoli”nin prezidenti Aurelio De Laurentis italiyalı mütəxəssis Antonio Kontenin komandanın baş məşqçisi postuna mümkün təyinatı barədə danışıb.

Sportinfio.az “Sky Sport Italia”-ya istinadən xəbər verir ki, o, danışıqların davam etdiyini bildirib:

“Növbəti on gün danışıqlarda həlledici olacaq. Biz lazım olan hər şeyi etməliyik”.

Daha əvvəl mətbuatda Kontenin İtaliya klubu ilə 3 illik müqavilə bağlaya biləcəyi ilə bağlı xəbərlər yayılıb.

“Napoli” son mövsümdə İtaliya çempionatında uğursuz çıxış edib və 53 xal toplayaraq A Seriyasının turnir cədvəlində 10-cu yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk
14 Oktyabr 18:10 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 00:42 Ukraynaya uduzduq