Braziliyalı hücumçuya yeni müqavilə təklif edəcək- “Real”

15 May 2022 18:40 İspaniya 567
Braziliyalı hücumçuya yeni müqavilə təklif edəcək- “Real”

“Real” hücumçusu Vinisius Juniora sərfəli müqavilə təklif etməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, braziliyalı komandanın vacib hissəsi olduğundan, “kral klubu” onunla müqavilənin şərtlərini yaxşılaşdırmaq niyyətindədir.

21 yaşlı forvardın “Real”la hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. O, 2018-ci ildən komandadadır.

Vinisius cari mövsümdə Madrid komandasının heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 21 qol vurub və 20 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti