65-ci ildən bəri ilk dəfə - “Real”ın dalbadal 5 qələbəsi

13 Yanvar 2022 22:00 İspaniya 487
65-ci ildən bəri ilk dəfə - “Real”ın dalbadal 5 qələbəsi

İspaniya Superkubokunun yarımfinalında “Real” “Barselona”ya qalib gəlib – 3:2.

Sportinfo.az xəbər verir ki, bu qələbə statistika baxımından da “Real” üçün əhəmiyyətlidir.

“Kral klubu” tarixdə ikinci dəfədir ki, 5 oyun dalbadal “Barsa”nı məğlub edir.

İlk dəfə belə göstərici 1962-65-ci illərdə qeydə alınıb. Həmin vaxt “Real”ın qələbə seriyası 7 oyun sürmüşdü.

Bu il martın 22-də rəqiblər La Liqa çərçivəsində qarşılaşacaqlar. Oyun Madriddə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"