COP29

ŞOK GÜNDƏM! - AFFA bu klubu çempionatdan kənarlaşdırır

24 May 16:40 Gündəm 6 419
ŞOK GÜNDƏM! - AFFA bu klubu çempionatdan kənarlaşdırır

2024/2025 mövsümündə Azərbaycanın I Liqasında çıxış etmək uğrunda cari mövsüm I Liqada 9-cu yeri tutan klubla (“Difai”) II Liqada ikinci olan komanda (“Cəbrayıl”) arasında keçirilməli olan pley-off qarşılaşmaları ilə bağlı müəyyən hüquqi məsələlərin həllindən sonra yekun qərar veriləcək.

Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

2024/2025 mövsümündə II Liqada çıxış etmək üçün cari mövsüm II Liqada 13-cü yeri tutan komanda ilə Region Liqasının finalçısı arasında pley-off matçları isə əvvəlcədən nəzərdə tutulduğu kimi mayın 29-da və iyunun 4-də gerçəkləşəcək.

PFL-ın bu açıqlaması birbaşa “İrəvan”la bağlıdır. Çempionatın təşkilatçısı olan qurum I Liqanı 27 xalla səkkizinci pillədə başa vuran klubu yarışdan kənarlaşdırmağa hazırlaşır.

AFFA bu klubu çempionatdan kənarlaşdırır - ŞOK GÜNDƏM!

Buna səbəb debütantın yarışın əsasnaməsini dəfələrlə pozması, həmçinin AFFA-nın lisenziyalaşdırma tələblərini yerinə yetirməməsidir.

Qərbi Azərbaycan təmsilçisi maliyyə öhdəliyinə də riayət etməyib, məşqçi və futbolçularına külli miqdarda borcu əmələ gəlib.

AFFA-nın Lisenziyalaşdırma Komissiyasının mayın 27-də “İrəvan”ın lisenziyalaşdırma prosedurundan keçməməsinə dair açıqlama yayması gözlənilir.

Onların I Liqanın sıralarından xaric edilməsi barədə qərar vermək səlahiyyəti isə İcraiyyə Komitəsinə məxsusdur. Ali qərarverici orqanın isə iyunun ilk günlərinədək bir araya gəlməsi planlaşdırılır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"