Türkiyənin tanınmış futbol adamı Mahirin TRANSFER XƏBƏRİNİ YAYDI

20 Yanvar 2022 13:40 Gündəm 2 049
Türkiyənin tanınmış futbol adamı Mahirin TRANSFER XƏBƏRİNİ YAYDI

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Türkiyə Super Liqa klubu "Başakşehir"lə anlaşıb.

Sportinfo.az xəbər verir ki, bu iddia ilə Türkiyənin tanınmış futbol insayderi Yavuz Sabançıoğlu çıxış edib.

O, rəsmi "Twitter" səhifəsində bu barədə paylaşım edib. Sabancıoğlu bildirib ki, Emreli "Legiya"dan problemsiz ayrılsa, "Başakşehir"ə keçəcək.

Mahir Emrelinin “Legiya” ilə müqaviləsi 2024-cü ilin yayına qədər olsa da, futbolçu komandanın qış təlim-məşq toplanışına qatılmayıb.

O, müqavilənin ləğvi üçün Polşa təmsilçisinə rəsmi məktub göndərib.

Digər Xəbərlər
Xəbər Lenti