Mariya və digər iki qadın uduzdu - Dünya çempionatında

19 Sentyabr 22:00 Güləş 250
Mariya və digər iki qadın uduzdu - Dünya çempionatında

Azərbaycanın daha üç qadın güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında yarımfinala yüksələ bilməyib.

Sportinfo.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən titullu idmançı Mariya Stadnik 1/4 finalda ABŞ təmsilçisi Sara Ann Hildebrandta uduzub.

57 kq-da Jalə Əliyeva eyni mərhələdə digər ABŞ idmançısı Helen Maroulisə yenilib.

65 kq-da Birgül Soltanova 1/8 finalda türkiyəli Kadriye Aksoya məğlub olub.

Bu gün həmçinin 59 kq-da Alyona Kolesnik bürünc medal uğrunda qarşılaşmada Cennifer Rocerslə (ABŞ) üz-üzə gələcək.

97 kq-da yer alan sərbəst güləşçi Maqomedxan Maqomedov finalda Bəhreyndən olan Axmed Tajudinovla münasibətlərə aydınlıq gətirəcək.

Azərbaycan təmsilçisi həlledici görüşə vəsiqə qazanaraq Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Daha əvvəl sərbəst güləşçi Osman Nurmaqomedov gümüş medala yiyələnib. Dünya çempionatı sentyabrın 24-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu