“Azərbaycan millisi ilə oyun qəribə oldu”

13 Oktyabr 2023 00:30 Futzal 857
“Azərbaycan millisi ilə oyun qəribə oldu”

“Bərabərlik qolundan sonra Azərbaycan millisi oyundan qopdu”.

Sportinfo.az xəbər verir ki, bunu Qazaxıstan yığmasının futzalçısı İqita Azərbaycana 3:2 hesabı ilə qalib gəldikləri DÇ-2024-ün elit mərhələ oyunu barədə danışarkən deyib.

Təcrübəli qapıçı ikinci hissəni daha yaxşı keçirdiklərini bildirib

“Qəribə oyun oldu. Rəqib əla idi, startda yaxşı çıxış etdi.

Ancaq getdikcə tempdən düşdülər, bizə motivasiya verdilər və daha yaxşı olduğumuzu göstərdilər.

İkinci hissədə çox qol vurmaq istəyirdik. Bizim üçün ən vacibi 3 xal qazanmaq idi. Hədəfə yaxınlaşırıq, tezliklə Daşkənddə olacağıq”.

Hazırda Qazaxıstan yığması 12 xalla A qrupuna başçılıq edir. Azərbaycan millisinin isə hesabında 3 xal var.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"