Azərbaycan millisinin üzvləri bu qədər MÜKAFAT İSTƏDİ

9 Aprel 2021 11:40 Futzal 2 950
Azərbaycan millisinin üzvləri bu qədər MÜKAFAT İSTƏDİ

Futzal üzrə Azərbaycan millisi dünən növbəti oyununu keçirib.

Yığmamız Avropa çempionatının seçmə mərhələsində Slovakiya ilə qarşılaşıb.

Görüş Levice şəhərində baş tutub. Bu, V qrupda mübarizə aparan komandamızın 5-ci matçı olub.

Keçirdiyi ilk 4 matçda qalib gələn Joze Alesionun yetirmələri ilk xal itkisi ilə üzləşib. İlk yarıda qol buraxan komandamız matçın bitməsinə 31 saniyə qalmış məğlubiyyətdən qaçıb – 1:1.

Bu bərabərlik millimizə qrup qalibi adını təmin etmək imkanı verib. AVRO-2022-yə vəsiqəni öncədən təmin edən komandamız izləyiciləri üçün əlçatmaz olub.

Futzalçılarımız bu uğurlu nəticəyə görə federasiya tərəfindən mükafat alacaq. Onların nə qədər istədiyi də məlumdur – 2000 manat.

Oyunçular ürəklərindən keçən məbləği elə Slovakiyada – qarşılaşmadan sonra avtobusda bəyan ediblər.

SPORTİNFO.AZ

Xəbər Lenti