Avropa Liqasının yarımfinal mərhələsinin cavab matçında səfərdə “Lion”a uduzsa da, iki oyunun nəticəsinə əsasən (1:3, 4:1) finala vəsiqə qazanan “Ayaks”ın baş məşqçisi Peter Bos qarşılaşma barədə fikirlərini bildirib.
Sportinfo.az xəbər verir ki, 53 yaşlı mütəxəssis oyunsonrası mətbuat konfransında tarix yaza biləcəklərini deyib: “İkinci hissədə fərqli oyun sərgilədik. Fasilədə oyunçularıma rəqibin daha iki qola ehtiyacı olduğunu dedim.
Bu, futbolçuları psixoloji cəhətdən bir qədər rahatlaşdırdı. Onlar stresin öhdəsindən gəlməyi bacardılar. Finala vəsiqə qazandıq. Möhtəşəm hissdi. “Mançester Yunayted”lə qarşılaşacağımıza görə sevinirəm. Möhtəşəm final olacaq. Tarix yaza bilərik”.
“Mançester Yunayted” və “Ayaks” arasında final oyunu mayın 24-də İsveçdə, Solna şəhərinin “Frends Arena” stadionunda baş tutacaq.

