"Mançester Yunayted" və "Ayaks" AVroliqanın finalında - VİDEO

12 May 2017 08:12 Avropa Liqası 813
"Mançester Yunayted" və "Ayaks" AVroliqanın finalında - VİDEO

Avropa Liqasında finalçılar bəlli olub. Sportinfo.az xəbər verir ki, “Mançester Yunayted” “Selta”nı qəbul edib. Joze Mourinyonun yetirmələri ispanlarla matça bir qədər rahat çıxmışdı. Belə ki, Viqoda keçirilən ilk oyunda minimal hesabla qalib gələn “qırmızı şeytanlar”a doğma meydanda heç-heçə də sərf edirdi. “Selta” isə finala vəsiqə qazanmaq üçün Mançesterdən mütləq qələbəylə ayrılmalıydı. Lakin bu, ispanlara müyəssər olmayıb. 1:1 hesablı heç-heçə "Mançester Yunayted"i finala çıxarıb.

Günün digər oyununda isə “Ayaks” “Lion”un qonağı olub. Bu oyunda isə finala daha yaxın komanda Amsterdam təmsilçisi idi. Belə ki, evdə böyük hesabla qalib gələn (4:1) hollandlar, Lionda böyük hesabla uduzmasa, finala yüksələcəkdi. “Ayaks” hətta səfər oyununu 2:5, 3:6 və s. kimi böyük hesablı məğlubiyyətlə başa vursa da, Avroliqanın həlledici oyununa vəsiqə qazanacaqdı. "Şirlər" oyunun gedişində 3:1 hesabıyla önə keçsə də, matçı əlavə vaxta aparmaq üçün cəmi bir qol kifayət etməyib. "Ayaks" səfər oyununda uduzsa da, finala vəsiqə qazanıb.

"Lion" (Fransa) - "Ayaks" (Hollandiya) 3:1

Lakazet, 45-pen; 45+1. Qezzal, 81 - Dolberq, 27.

Qırmızı vərəqə: Virqever, 84 (Ayaks).

Baş hakim: Şimon Marçinyak (Polşa).
Yer: Lion. “Stad de Lion”.
İlk oyun: 1:4

Lion: 1. Antonio Lopes, 3. Nikolas Nkulu, 5. Muxtar Diakabi, 8. Sorentin Tolisso, 10. Aleksandr Lakazet, 15. Ceremi Morel, 18. Nabil Fekir, 20. Rafael, 21. Maksim Qonalons (k), 27. Maksvel Kornet, 28. Metyu Valbuena.

Ayaks: 24. Andre Onana, 3. Joel Veltman, 5. Davinson Sançes, 9. Bertrand Traore, 10. Deyvi Klaasen (k), 11. Amin Yunus, 20. Lasse Şön, 22. Hakim Ziyek, 25. Kasper Dolberq, 26. Nik Virgever, 36. Matyis De Layt.

"Mançester Yunayted" (İngiltərə) - "Selta" (İspaniya) 1:1

Fellaini, 17 - Ronkalya, 85.

Qırmızı vərəqə: Beyli, 88 (Mançester Yunayted), Ronkalya, 89 (Selta).

Baş hakim: Ovidiu Hateqan (Rumıniya).
Yer: Mançester. “Old Trafford” stadionu.
İlk oyun: 1:0

Mançester Yunayted: 20. Serxio Romero, 3. Erik Beyli, 6. Pol Poqba, 14. Xese Linqard, 17. Deyli Blind, 19. Markus Reşford, 21. Ander Errera, 22. Henrik Mxitaryan, 25. Antonio Valensiya (k), 27. Maruan Fellaini, 36. Matteo Darmian.

Selta: 1. Serxio Alvares, 2. Mallo (k), 6. Nemanya Radoxa, 8. Pablo Ernandes, 9. Con Quidetti, 10. Yaqo Aspas, 11. Pione Sisto, 18. Daniel Uass, 19. Conni, 22. Qustavo Kabral, 24. Fakundo Ronkalya.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 17:20 Bizdə “Barselona” var?
13 Oktyabr 16:30 Çək və bizə göndər!
13 Oktyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM
13 Oktyabr 08:30 Bu da o 5 qol - VİDEO
13 Oktyabr 07:40 Əliyev meydana çıxmadı
13 Oktyabr 04:50 Bakıda "Omar" kuboku
13 Oktyabr 04:10 Mənsimov da qol vurdu