"Əvvəldən bu məsələdə UEFA-ya inandığımı demişdim"

20 Aprel 2017 10:24 Avropa Liqası 550
"Əvvəldən bu məsələdə UEFA-ya inandığımı demişdim"

“Lion”un prezidenti Jan-Mişel Olyas UEFA-nın Avropa Liqasının 1/4 final mərhələsinin “Beşiktaş”a qarşı ilk oyunda yaşanan hadisələrlə bağlı verdiyi qərarı haqlı sayır. Sportinfo.az xəbər verir ki, hazırda İstanbulda olan Olyas komandasının məşqi zamanı jurnalistlərə açıqlamasında qərarın ədalətli olduğunu deyib:

“UEFA-nın qərarı doğrudu. Əvvəldən bu məsələdə UEFA-ya inandığımı demişdim. İki klub üçün də doğru qərar olduğunu düşünürəm. “Beşiktaş” üçün ağır bir qərar ola bilər, çünki evdə oyunları var və bu qərarı son anda öyrəniblər. Böyük oyun olacaq. Hər iki komandanın mərhələ keçmək şansı bərabərdi. Biz daha əvvəl 7 dəfə 1/4 finalda mübarizə aparmışıq. Bu oyunu uğurla başa vurub, yarımfinala adlamaq istəyirik”.

UEFA bu komandalar arasında keçirilmiş ilk oyundan öncə yaşanmış hadisələrə görə həm İstanbul təmsilçisinə, həm də fransızlara 2 il sınaq müddəti müəyyənləşdirib. Bu müddətdə oxşar hadisələr təkrarlanacağı təqdirdə, klublar avrokuboklardan 1 il müddətinə kənarlaşdırılacaqlar. Bundan əlavə, klublar 100 min avro dəyərində cərimə olunub. Bu komandalar arasında Fransada baş tutmuş ilk oyun “Lion”un 2:1 hesablı qələbəsiylə nəticələnmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 17:20 Bizdə “Barselona” var?
13 Oktyabr 16:30 Çək və bizə göndər!
13 Oktyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM
13 Oktyabr 08:30 Bu da o 5 qol - VİDEO
13 Oktyabr 07:40 Əliyev meydana çıxmadı
13 Oktyabr 04:50 Bakıda "Omar" kuboku
13 Oktyabr 04:10 Mənsimov da qol vurdu