"Səhvi qolla nəticələnsə də, onun arxasındayıq" - KAPİTAN

15 Aprel 2017 12:48 Avropa Liqası 508
"Səhvi qolla nəticələnsə də, onun arxasındayıq" - KAPİTAN

Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Lion”a uduzan (1:2) “Beşiktaş”ın kapitanı Oğuzhan Özyakup komandasının buraxdığı ikinci qolda kobud səhvə yol verən qapıçı Fabrini müdafiə edib. Sportinfo.az xəbər verir ki, Özyakup uzun müddət 1:0 hesabıyla irəlidə olsalar da, sonda məğlub olmalarının üzücü olduğunu, lakin qapıçılarının yanında olduqlarını deyib:

“Lion”la səfər oyununun çətin olacağını bilirdik. Bu mərhələyə “Roma”nı məğlub edərək gəlmişdilər. Səfərdə qol vurmağımız əlbəttə, yaxşıdı. Ancaq 82-ci dəqiqəyə qədər hesabda öndə olsaq da, sonda məğlub olmağımız üzücüdü. İstirahət edib, cavab oyununa hazırlaşacağıq.

Hamı səhv edə bilər. Hücumçular qol fürsətini əldən verir, yarımmüdafiəçilər səhv ötürmə verir, müdafiəçilər oyunçunu nəzərdən qaçırır... Qapıçı da bu cür səhv edə bilər. Fabri ayaqla yaxşı oynayır. Səhvi qolla nəticələndi. Lakin onun arxasındayıq. Fabri çox yaxşı qapıçıdı”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti