"Orda bu azarkeş qrupuna məxsus çox sayda xuliqan var idi"

15 Aprel 2017 00:46 Avropa Liqası 656
"Orda bu azarkeş qrupuna məxsus çox sayda xuliqan var idi"

“Lion”nun təhlükəsizlik şöbəsinin rəhbəri Enni Saladin Avropa Liqasının 1/4 final mərhələsinin “Beşiktaş”a qarşı ilk oyunda baş verən hadisələrlə bağlı açıqlama verib. Sportinfo.az xəbər verir ki, Saladin və klubun vitse-prezidenti Vinsent Ponsot məsələylə bağlı mətbuat konfransı təşkil ediblər.

Azarkeşlər arasında qarşıdurmaya görə matç 45 dəqiqə gec başlayıb. Saladin baş vermiş hadisədə türk azarkeşləri günahlandırıb: “Bizim də öhdəliklərimiz var idi. Bunun fərqindəydik. Ancaq bariz bir şəkildə görünür ki, aqressiv türk xuliqanların qurbanı olduq. Görüntülər ortadadı. UEFA nümayəndələri də hadisənin şahidi oldu. Hər klub öz azarkeşlərinə cavabdehdi.

“Çarşı” azarkeş qrupuna məxsus çox sayda xuliqan var idi. Bütün çaxnaşmalara səbəb olan, matçın 45 dəqiqə gec başlamasının günahkarı da məhz onlar idi. Onlar hər yerdəydilər, nəzarət etmək mümkün deyildi. Yandırıcı maddələrdən istifadə etmək istəyən hamı orda idi. Hadisələr bu sahədə təcrübəsi olan şəxslər tərəfindən həyata keçirildi. Ancaq bura gələn azarkeşlər özlərinə hakim olmalıydılar, bunu onlar da bilirdilər”.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 17:20 Bizdə “Barselona” var?
13 Oktyabr 16:30 Çək və bizə göndər!
13 Oktyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM
13 Oktyabr 08:30 Bu da o 5 qol - VİDEO
13 Oktyabr 07:40 Əliyev meydana çıxmadı
13 Oktyabr 04:50 Bakıda "Omar" kuboku
13 Oktyabr 04:10 Mənsimov da qol vurdu