Avroliqada ilk oyunların rəmzi komandası müəyyənləşdi - FOTO

14 Aprel 2017 20:00 Avropa Liqası 657
Avroliqada ilk oyunların rəmzi komandası müəyyənləşdi - FOTO

Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarının ən yaxşı futbolçuları müəyyənləşib. Sportinfo.az xəbər verir ki, simvolik komandada "Ayaks" futbolçuları çoxluq təşkil edir.

Hollandiya təmsilçisinin 3 üzvü ən yaxşılar arasına düşüb. Bundan başqa, "Anderlext", "Lion" və "Selta" 2 futbolçu ilə rəmzi komandada təmsil olunub. "Şalke" və "Beşiktaş"ın da 1 oyunçusunun çıxışı UEFA-nın diqqətindən yayınmayıb.

Qapıçı: Ralf Farmann ("Şalke").
Müdafiəçilər: Marselo ("Beşiktaş"), Serinye Mbodji ("Anderlext"), Ceremi Morel ("Lion").
Yarımmüdafiəçilər: Donni van de Bek, Amin Yunes (hər ikisi "Ayaks"), Leander Dendonker ("Anderlext"), Sorentin Tolisso ("Lion").
Hücumçular: İaqo Aspas, Con Quydetti (hər ikisi "Selta"), Devi Klaassen ("Ayaks").

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 17:20 Bizdə “Barselona” var?
13 Oktyabr 16:30 Çək və bizə göndər!
13 Oktyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM
13 Oktyabr 08:30 Bu da o 5 qol - VİDEO
13 Oktyabr 07:40 Əliyev meydana çıxmadı
13 Oktyabr 04:50 Bakıda "Omar" kuboku
13 Oktyabr 04:10 Mənsimov da qol vurdu