"Beşiktaş" rəhbərliyi əvvəlcədən xəbərdarlıq edibmiş

14 Aprel 2017 17:48 Avropa Liqası 699
"Beşiktaş" rəhbərliyi əvvəlcədən xəbərdarlıq edibmiş

Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində baş tutmuş “Lion” - “Beşiktaş” oyunundan (2:1) öncə qalamaqal yaşandığı, fransız azarkeşlərin meydançaya çıxmasına görə qarşılaşmanın 40 dəqiqə gec başlaması barədə məlumat vermişdik.

Sportinfo.az xəbər verir ki, oyunun keçiriləcəyi gün UEFA, “Lion” və “Beşiktaş”ın nümayəndələrinin təhlükəsizliklə bağlı görüşündə türklər yalnız qonaq tribunasında yer alan 3 min azarkeşə görə cavabdeh olduqlarını deyiblər. İstanbul klubunun rəsmiləri fransızların türk azarkeşlərə 20 minə yaxın bilet satdıqlarını, bunun məsuliyyətinin də onların üzərində olduğunu qeyd ediblər.

Oyunöncəsi yaşanan xoşagəlməz olay “Beşiktaş” rəhbərliyinin qalmaqalı əvvəlcədən sezdiyini göstərir. Dünənki oyunda yaşanan hadisələrə görə UEFA-nın hər iki kluba ağır cəza verəcəyi gözlənilir. Avropanın ali futbol qurumunun fransızlara tamaşaçısız oynama cəzası və hər iki kluba pul cəzası kəsəcəyi də öz yerində.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 17:20 Bizdə “Barselona” var?
13 Oktyabr 16:30 Çək və bizə göndər!
13 Oktyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM
13 Oktyabr 08:30 Bu da o 5 qol - VİDEO
13 Oktyabr 07:40 Əliyev meydana çıxmadı
13 Oktyabr 04:50 Bakıda "Omar" kuboku
13 Oktyabr 04:10 Mənsimov da qol vurdu