Dünən Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilmiş “Lion” - “Beşiktaş” oyunu zamanı yaşanan hadisələrlə bağlı Fransa polisi açıqlama yayıb. Sportinfo.az xəbər verir ki, Rona bölgəsi polisinin nümayəndəsinin yerli mətbuata açıqlamasında 12 azarkeşin həbs edildiyi qeyd edilib.
Oyundan öncə baş verən hadisələrə görə matç 40 dəqiqə gec başlayıb. Oyun 2:1 hesabıyla “Lion”un qələbəsiylə nəticələnib: “Matçdan sonra hər iki komandanın azarkeşlərindən 12 nəfər həbs edildi. 3-ü polis, 2-si əsgər olmaqla, cəmi 7 nəfər xəsarət alıb. Xəsarət alanları dərhal xəstəxanaya çatdırdıq.
Onların aldıqları xəsarət yüngüldü. Stadionda oyundan öncə qalmaqal yaradan 50 türk azarkeşi arenadan uzaqlaşdırdıq. Onların stadiondan çıxarılması zamanı sərt rəftar edilməyib. Stadiondan çıxarılmayla bağlı təlimat “Lion” klubundan gəlmişdi”.

