UEFA "Qarabağ"ın ötənilki gəlirini açıqladı

20 Dekabr 2019 14:08 Avropa Liqası 1 748
UEFA "Qarabağ"ın ötənilki gəlirini açıqladı

UEFA 2018-2019 mövsümündə Avropa Liqasının qrup mərhələsində çıxış edən klubların gəlirlərini açıqlayıb.

Sportinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ötən mövsüm ölkəmizi qrup mərhələsində təmsil edən "Qarabağ"ın da qazancı bəlli olub. "Arsenal", "Sportinq" və "Vorskla" ilə E qrupunda yer alan Ağdam klubunun ümumi gəliri 4 847 954 (4 milyon, 847 min, 954) avro təşkil edib.

Bunun 2 milyon 275 min avrosu qrup mərhələsində iştiraka görə verilirsə, yerdə qalan hissəsi qrupda qazanılan nəticələr və marketinqlə bağlı gəlirlərdir.

Xatırladaq ki, ötən mövsüm qrupda keçirdiyi oyunların 5-də uduzan "Qarabağ", yalnız səfərdə Ukrayna "Vorskla"sını məğlub etmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA