Əliyar Ağayevdən 4 sarı vərəqə - "Dinamo" qrupda qaldı

13 Dekabr 2019 10:49 Avropa Liqası 1 020
Əliyar Ağayevdən 4 sarı vərəqə -

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Dinamo" (Ukrayna) - "Luqano" (İsveçrə) görüşünü idarə edib.

Sportinfo.az xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Evdə autsayderə qalib gələ bilməyən Kiyev təmsilçisi qrupda qalıb.

Görüş ərzində 4 dəfə - 17, 67, 79 və 90-cı dəqiqələrdə əlini cibinə atan Ağayev bütün sarı vərəqələri qonaq komandanın futbolçularına göstərib.

Qeyd edək ki, Kiyevdəki Olimpiya stadionunda keçirilən matçda Əliyara Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. 4-cü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı