"Heç nə qazanmadıq deyə bizə yüklənənlər oldu"

13 Dekabr 2019 01:17 Avropa Liqası 1 119
"Heç nə qazanmadıq deyə bizə yüklənənlər oldu"

"Qrupda sonuncu oyunumu idi. Qalib gəlmək istəyirdik, amma alınmadı. Düşünürəm ki, qrup mərhələsi bizim üçün nəticə baxımından heç də pis keçmədi. Nəticə baxımından itkilərimiz oldu, amma oyun baxımından yaxşı təsir bağışladıq. Yekunda istədiyimiz nəticəni qazana bilmədik. Layiqli mübarizə aparsaq, şanssızlığa görə qrupdan çıxa bilmədik".

Sportinfo.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın müdafiəçisi Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda evdə "Düdelanj"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra deyib. O, dah sonra jurnalistlərin suallarını cavablandırıb.

- Səncə, bu gün qrupdan çıxmaq şansınız olsaydı, belə oynayardız?

- Məncə, azarkeş sayı da bu qədər az olmazdı. Fərqli ab-hava olacaqdı. Biz komanda olaraq, atmosferi qoruyub saxlamağa çalışdıq. Bizim əhəmiyyətsiz oyun deyildi.

- Ancaq meydandakı oyun onu göstərmədi...

- Son vaxtlar yorğunluq, yüklənmələr var. Xüsusilə APOEL-lə oyundan sonra üstümüzə gəlmələr olur. Nəticə baxımından heç nə qazanmadıq deyə, təzyiqlər oldu. Bu cür şeylər də bizi çox yormuşdu. Əlimizdən gələni etdik ki, qalib gələk.

- Çox top itirməyinizi və qırmızı vərəqə alıb qovulmağını nə ilə əlaqələndirərdin?

- 10 nəfərlə qaldıqdan sonra top itkisi məcburidir. Çünki komanda azlıqda oynayırdı. Qırmızı vərəqəyə gəlincə, orda məqsədim qayda pozmaq deyildi. İkinci hissədə paltardəyişmə otağının pəncərəsindən baxdım. Bəlkə həyatımın ən çətin 45 dəqiqəsi idi. Sağ olsunlar, bütün komanda yoldaşlarım mənə dəstək oldular. Azlıqda qalmasaydıq, daha fərqli oynayıb, bəlkə də qələbə qazana bilərdik. Amma bacarmadıq.

Digər Xəbərlər
Xəbər Lenti