"Düdelanj"ın baş məşqçisi: "Oyun "Qarabağ" üçün daha əhəmiyyətlidir"

11 Dekabr 2019 20:00 Avropa Liqası 1 138
"Düdelanj"ın baş məşqçisi: "Oyun "Qarabağ" üçün daha əhəmiyyətlidir"

Sabah Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ"la qarşıalşacaq Lüksemburqun "Düdelanj" komandasının baş məşqçisi Bertran Krasson oyunöncəsi mətbuat konfransı keçirib. Sportinfo.az xəbər verir ki, qonaq məşqçi oyun haqda bunları deyib:

"Milad tətilinə yaxşı əhvalda yollanmaq istəyirik. Bizim üçün matçın əhəmiyyəti azdır. Daha çox "Qarabağ" üçün əhəmiyyətlidir. "Qarabağ"la evdəki oyunumuza gəlincə, matç müəyyən səbəblərdən dayandı, üstəlik qırmızı vərəqə də aldıq. Sabah məqsədimiz bu səhvləri təkrarlamamaqdır. Elə oyun keçirmək istəyirik ki, Lüksemburqdakı qarşılaşmanı unutduraq".

Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ"-"Düdelanj" qarşılaşması saat 21:55-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!