"Kimlər daha hazırlıqdırsa, "Qarabağ"a qarşı da onlar oynayacaq"

11 Dekabr 2019 18:30 Avropa Liqası 911
"Kimlər daha hazırlıqdırsa, "Qarabağ"a qarşı da onlar oynayacaq"

"Yerli çempionatda 13, Lüksemburq kubokunda 3, Avropa Liqasında 5 oyun keçirmişik. Bura Lüksemburq Superkuboku və avrokubokların təsnifat mərhələlərində oynadığımız 8 matçı da əlavə edərdim. Cümə axşamı günü isə bizi mövsümün 31-ci görüşü gözləyir. Bu, astronomik rəqəmdir və nə vaxtsa belə bir şeyə rast gəldiyimi düşünmürəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Düdelanj"ın baş məşqçisi Bertran Krasson yerli mətbuata açıqlamasında deyib. Təcrübəli mütəxəssis komandanın bombardiri Danel Sinaninin cəza səbəbindən sabahkı qarşılaşmanı buraxmasını ciddi itki hesab edir:

"Əlbəttə, Sinanisiz bizə asan olmayacaq. Komandanın liderlərindən biridir. Amma başa düşürük ki, çətin ili yaxşı başa vurmaq lazımdır".

Krasson "Qarabağ"a qarşı meydana buraxacağı heyəti müəyyənləşdirdiyini bildirib: "Sərəncamımda 30 futbolçu var. Kimlər daha hazırlıqdırsa, onlar da oynayacaq".

Digər Xəbərlər
Xəbər Lenti